Ana Sayfa > Parlament > "Azərbaycan gənci xarici qüvvələrin əsas hədəf kütləsidir" -

"Azərbaycan gənci xarici qüvvələrin əsas hədəf kütləsidir" -


Bu gün, 11:48. Yazar: sevinc1
"Azərbaycan gənci xarici qüvvələrin əsas hədəf kütləsidir" -

"Bu gün bütün dünyada olduğu kimi, Azərbaycan gənci xarici qüvvələrin əsas hədəf kütləsidir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, İkinci Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi:

"Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxdılar. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur. Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır".

aia.az
Geri dön