Ana Sayfa > Təhsil > Təhsil sektorunun müdiri İSTEFA VERDİ

Təhsil sektorunun müdiri İSTEFA VERDİ


Bu gün, 11:29. Yazar: sevinc1
Təhsil sektorunun müdiri İSTEFA VERDİ

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib.

aia.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi vəzifəsi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib.

Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb və onun ərizəsi qəbul edilib.
Geri dön