Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı


Bu gün, 10:07. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

Fevralın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

aia.az
Geri dön