Ana Sayfa > Gündəm / Parlament > Komitə sədri Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Komitə sədri Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşübDünən, 19:34. Yazar: sevinc1 |
31 yanvar 2025-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə xanım İğılı ilə səmimi və məhsuldar görüş keçirildi. Görüşdə Azərbaycan və Əlcəzair arasında mövcud dostluq əlaqələrinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Milli Məclisin sədri Sahibə xanım Qafarovanın mühüm rolu qeyd edilərək, onların bu istiqamətdə fəaliyyətlərinə görə minnətdarlıq ifadə olundu. Azərbaycanın ailə institutu, qadın hüquqları və uşaq müdafiəsi sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu sahədə əldə edilən nailiyyətlər səfir Zəkiyyə xanım İğılı ilə bölüşüldü. Eyni zamanda, hər iki ölkənin bu sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələr aparıldı. Səmimi və faydalı fikir mübadiləsinə görə səfir Zəkiyyə İğılıya minnətdarlığımı bildirir, ona diplomatik fəaliyyətində uğurlar arzulayıram! Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova Geri dön |