Ana Sayfa > Ölkə > Qusarda növbəti ağacəkmə aksiyası keçirilmişdir

Qusarda növbəti ağacəkmə aksiyası keçirilmişdir


Dünən, 23:40. Yazar: sevinc1
Qusarda növbəti ağacəkmə aksiyası keçirilmişdir

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 01 fevral 2025-ci il tarixində Qusar rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak etmişdir.

Aksiyada ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev, nazirliyin rəsmiləri, Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB Aparatının əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.

Aksiya çərçivəsində Qusar şəhəri ərazisində yerləşən, meşə fonduna aid torpaqlarda, rayonun iqlim şəraitinə uyğun 1650 ədəd cökə növündən olan ağac tingləri əkilmişdir.
Geri dön