Ana Sayfa > Gündəm > Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcəkBu gün, 10:58. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il fevral ayının 7-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Bu barədə aia.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 6 fevral tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Geri dön |