Ana Sayfa > Ölkə > Hicran Hüseynova vətəndaşlarla növbəti görüşünü keçirib
Hicran Hüseynova vətəndaşlarla növbəti görüşünü keçiribDünən, 20:40. Yazar: sevinc1 |
Yanvarın 31-də Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq vətəndaş qəbulu keçirdim və onların müraciətlərini dinlədim. Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədim, problemləri ilə maraqlandım. Səsləndirilən müraciətlər əsasən ailə-məişət, səhiyyə, işlə təminat, əmək pensiyaları və sosial məsələlərlə bağlı idi. Qeyd edim ki, görüş zamanı vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edildi. Digər müraciətlərin araşdırılması üçün isə aidiyyəti orqanlara sorğular göndərildi. Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova Geri dön |