Ana Sayfa > Aia TV / Karusel > Qar Bakıda nəqliyyatın hərəkətini iflic edib - FOTO

Qar Bakıda nəqliyyatın hərəkətini iflic edib - FOTO


1-02-2017, 10:20. Yazar: admin
Qar Bakıda nəqliyyatın hərəkətini iflic edib - FOTO







Bakıya yağan qar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Aia.Az report-a istinadən xəbər verir ki, sürət həddi tənzimlənən bütün yollarda yuxarı sürət həddi aşağı salınıb.

Aeroport yolunda sürət həddi 60 km/saata endirilib. Paytaxt yollarında asfaltın üzərinə bəzi yerlərdə duz və qum səpilib.

Aeroport yolu və bəzi digər əsas yollar istisna olmaqla, əksər küçələrdə avtomobillərin hərəkətində tıxac yaranıb.

Paytaxtın müxtəlif yerlərində yüngül avtomobil qəzaları qeydə alınıb.
Əksər marşrut avtobusları gecikmələrlə işləyir. 36 saylı marşrut avtobusunun sürücülərindən biri "Report"un əməkdaşına bildirib ki, bu xətt üzrə mövcud 21 avtobusdan yalnız 8-i işləyir: "Qar olduğundan və yollar buz bağladığından sürücülərin əksəriyyəti işə çıxa bilməyib".
Piyada keçidlərində polis əməkdaşları gediş-gəlişdə çətinlik çəkən vətəndaşlara kömək edir. Sosial şəbəkələrdə bununla bağlı fotolar yayılıb.


aia.az
Geri dön