Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bakıya qaçan erməni: “Sərkisyanın yaxın dostu mənə öz evimdə hücum etdi”
Bakıya qaçan erməni: “Sərkisyanın yaxın dostu mənə öz evimdə hücum etdi”18-09-2015, 13:20. Yazar: admin |
Serj Sərkisyanın cinayətkar rejiminə və Ermənistanda korrupsiyaya qarşı fəaliyyətinə görə, Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyana hakimiyyət tərəfindən təzyiq göstərilib “Trend”in məlumatına görə, bunu V.Martirosyan Bakıda mətbuat konfransında deyib. O, qeyd edib ki, Sərkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır və ölkə iqtisadiyyatını iflasa uğradıb. V.Martirosyan Azərbaycanda siyasi sığınacaq istəmişdi. V.Martirosyan Ermənistanda təqiblərə və təzyiqlərə məruz qalmasından da danışıb: “Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sərkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlələr başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”. Xatırladaq ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. V.Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb Geri dön |