Ana Sayfa > Manşet / Siyasət > "Bu gün Azərbaycan Gəncliyi beynəlxalq səviyyədə özünü təsdiq edib"
"Bu gün Azərbaycan Gəncliyi beynəlxalq səviyyədə özünü təsdiq edib"Dünən, 14:00. Yazar: sevinc1 |
2 Fevral Azərbaycan Gənclərinin Günüdür. 1997-ci ildən bəri qeyd olunan Gənclər Günü, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1997-cı ildə imzaladığı sərəncama əsasən, Azərbaycanda “gənclər günü” geniş şəkildə qeyd olunur.Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin əsasını təşkil etmişdir. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirdi . Bundan əlavə, Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar verdi. Ulu Öndər Heydər Əliyev tərəfindən 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ulu Öndərin uzaqgörənliklə başladığı gənclər siyasəti, sistemli şəkildə Prezident İlham Əliyev tərəfindən davam edir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan olunmuş və Cənab Prezident təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. . Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş ediblər. Bu gün Azərbaycan Gəncliyi beynəlxalq səviyyədə özünü təsdiq etmişdir. Vətən müharibəsində Azərbaycan Gəncliyinin nələrə qadir olduğunu bütün dünya gördü. Dünya və Avropa çempionatlarında, Ölimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edən Azərbaycan Gəncliyi döyüş meydanlarında da öz sözünü dedi. Bu gün Azərbaycan Gəncliyi dövrünün ən şərəfli, qürurlu günlərini yaşayır.Əziz Gənclər! Mən Sizlərə hər zaman qürurla, xoşbəxt yaşamağı arzulayıram. BAYRAMINIZ MÜBARƏK! Nəsib Məhəməliyev, Milli Məclisin deputatı Geri dön |