Ana Sayfa > Ölkə > Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan Gənclər evində 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib
Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan Gənclər evində 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilibBu gün, 17:35. Yazar: sevinc1 |
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. aia.az xəbər verir ki, əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb, dövlət gənclər siyasətinin banisi olan Ümummilli liderin əziz xatirəsinə dərin ehtiram ifadə olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şirvan Gənclər evinin direktoru Əfqan Həsənov dövlət gənclər siyasəti, 2 fevral – Azərbaycan Gəncləri Gününün yaradılması, tarixi və əhəmiyyəti barədə geniş məlumat verib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onlara sağlam gələcək, firavan həyat, işlərində uğurlar və nailiyyətlər arzulayıb. Müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində dolğun fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrildiyini diqqətə çatdırıb. Sonra tədbir panel müzakirələri ilə davam etdirilib. Müzakirələrdə iştirakçıların sualları cavablandırılıb, təklif və tövsiyələri dinlənilib. Daha sonra şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənc şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edib. Sonda xatirə şəkli çəkilib. Tədbirdən sonra şəhər gənclərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Geri dön |