Ana Sayfa > Özəl > 78 nəfərin öldüyü Grand Kartalın sahibi 3-cü otelini tikdirirdi

78 nəfərin öldüyü Grand Kartalın sahibi 3-cü otelini tikdirirdi


Bu gün, 12:54. Yazar: sevinc1
78 nəfərin öldüyü Grand Kartalın sahibi 3-cü otelini tikdirirdi

Boluda 78 nəfərin öldüyü yanğın fəlakəti ilə bağlı aparılan istintaqda həbs edilən Grand Kartal otelinin sahibi Halit Ergülün 3-cü otelini Karacasu qəsəbəsində tikdirdiyi məlum olub. 35 otaqlı olması planlaşdırılan və meşədə tikilən otelin kobud tikintisinin başa çatdırıldığı, tikintidə iş maşınının işlədiyi görülüb.
Yanvarın 21-nə keçən gecə Kartalkaya dağ-xizək kurortunda yerləşən Grand Kartal otelində baş verən yanğında 78 nəfər həyatını itirib. Yanğından sonra başladılan istintaq çərçivəsində aralarında otelin sahibi Halit Ergülün də olduğu 19 şübhəli həbs edilib.

Fəlakətlə bağlı araşdırmalar davam edərkən, Halit Ergülün Karacasu qəsəbəsində 3-cü otelini tikdirdiyi məlum olub. 35 otaqlı olması planlaşdırılan və meşədə tikilən otelin tikintisinin başa çatdırıldığı, tikintidə iş maşınının işlədiyi görülüb. Ergülün Gölcük Təbiət Parkında göl kənarında yerləşən restoranını da boşaldıb bağladığı öyrənilib.


aia.az
Tərcümə şöbəsi
Geri dön