Ana Sayfa > Cəmiyyət / Karusel > Paytaxtda GÜCLÜ YANĞIN: ölən var

Paytaxtda GÜCLÜ YANĞIN: ölən var


1-02-2017, 09:34. Yazar: admin
Paytaxtda GÜCLÜ YANĞIN: ölən var




Bakıda yanğın qeydə alınıb.

aia.az FHN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

aia.az
Geri dön