Ana Sayfa > Özəl > Həbs olunaraq şərti ilə sərbəst buraxılan Nainqqolan üsyan edib

Həbs olunaraq şərti ilə sərbəst buraxılan Nainqqolan üsyan edib


Dünən, 13:29. Yazar: sevinc1
Həbs olunaraq şərti ilə sərbəst buraxılan Nainqqolan üsyan edib

Narkotik alveri əməliyyatında həbs edilən və cinayət təşkilatına üzv olmaqda ittiham olunan belçikalı futbolçu Radja Nainqqolan şərti olaraq sərbəst buraxılıb.
Radja Naingggolan narkotik qaçaqmalçılığı əməliyyatında həbs edildikdən sonra sərbəst buraxılıb.Azadlığa çıxandan sonra cinayət təşkilatına üzv olmaqda ittiham olunan futbolçu İnstaqram səhifəsində şəxsi həyatına hörmət edilməsini istəyib.

"İndi evə qayıtdığım üçün bütün diqqətimi futbola yönəltmək və dincliyi bərpa etmək istəyirəm. Şəxsi həyatıma hörmət edilməsini xahiş edirəm", - belçikalı futbolçu yazıb.

KSC Lokeren-Temse-də oynayan 36 yaşlı keçmiş milli futbolçunun vəkilləri bildiriblər ki, Nainqqolana dindirilərkən ona "narkotik qaçaqmalçılığı" ilə bağlı suallar verilməyib. Belçikalı futbolçuya vəkillər yalnız həbs olunan digər şəxslərə pul ödəyib-ödəmədiyini soruşublar.

Kokainin Antverpen limanı vasitəsilə Cənubi Amerikadan Belçikaya gətirildiyi müəyyən edildikdən sonra əməliyyat başlanıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön