Ana Sayfa > Karusel / Ölkə > “Sərhədsiz ginekologiya”- IX Konfransı keçirilib

“Sərhədsiz ginekologiya”- IX Konfransı keçirilib


28-01-2025, 21:17. Yazar: sevinc1
“Sərhədsiz ginekologiya”- IX Konfransı keçirilib

23-25 yanvar 2025-cü il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunmuş “Sərhədsiz ginekologiya”- IX Konfransı keçirildi.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rəhbər heyətinin çıxışları ilə başlayan konfransın rəsmi hissəsində şəhidləriizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut baş tutdu, ardınca  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Professor mama-ginekoloq İslam Mahalovun rəhbərlik etdiyi konfransın ilk günündə “Ultrasəs kursu”, “Reproduktiv təbabət kursu”, “Biolitek – ginekologiyada lazer tətbiqi kursu”, “Canlı cərrahiyyə”, “Minimal invaziv cərrahiyyə kursu” və “Mamalıq kursu”u baş tutdu.

Canlı cərrahiyyə ilə başlayan kursda əməliyyatxanadan akt zalına canlı bağlantılar həyata keçirildi. Canlı cərrahiyyə yekunlaşdıqdan sonra ardıcıl olaraq nəzəri və praktik kurslarda iştirakçılar öz bilik, bacarıqlarını inkişaf etdirdilər. Baş tutan kurslarda mütəxəssislər ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxışlar etmişdir.

Amerika, Türkiyə, Qırğıstan, Qazaxıstan, Özbəkistan, Almaniya, İzrail və Gürcüstandan qoşulan moderator və spikerlərin çıxışları ilə 4 fərqli dildə tərcümə olunan məruzələr geniş iştirakçı kütləsini əhatə edən “Sərhədsiz ginekologiya”- IX Konfransı böyük marağa səbəb olmuşdur.

«Eppur si muove» - Qeysəriyyə kəsiyi mövzusu ətrafında baş tutan elmi-praktik konfrans öz işini panel iclasları ilə davam etdirib. Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılaraq, müzakirələr aparılıb.

Qeyd edək ki, yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi «Eppur si muove» - Qeysəriyyə kəsiyi mövzusu ətrafında baş tutan Beynəlxalq Elmi-Praktik konfrans və kurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq qiymətləndirilmişdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzi tibb elminin inkişafına, xüsusən də tələbələrin inkişafına yönəlik layihələr, imkanlar yaradaraq, intellektual kadr potensialının inkişafına öz töhfəsini verməkdə davam edir.
Geri dön