Ana Sayfa > Siyasət > Seçkilərdə səs verəcək seçicilərin yekun sayı açıqlanıb
Seçkilərdə səs verəcək seçicilərin yekun sayı açıqlanıb28-01-2025, 15:17. Yazar: sevinc1 |
![]() Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb. aia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var: "Seçicilərin 5 milyon 875 min 802 nəfəri daimi, 86 min 185 nəfəri isə müvəqqəti seçki məntəqələrində səs verəcək". Qeyd edək ki, yanvarın 29-u 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Seçkilər 118 seçki dairəsinin 5846 seçki məntəqəsində baş tutacaq. Seçki məntəqələrindən 5734-ü daimi, 112-si müvəqqətidir. aia.az Geri dön |