Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 10 nəfər tutuldu
Cinayətdə şübhəli bilinən 10 nəfər tutuldu28-01-2025, 10:13. Yazar: sevinc1 |
![]() Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 20, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb. aia.az Geri dön |