Ana Sayfa > Özəl > Nigeriyada ölənlərin sayı artıb-SƏBƏB

Nigeriyada ölənlərin sayı artıb-SƏBƏB


27-01-2025, 20:56. Yazar: sevinc1
Nigeriyada ölənlərin sayı artıb-SƏBƏB

Yanvarın 25-də Nigeriyanın cənubundakı Enugu əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı 18-ə yüksəlib.
Milli Yol Təhlükəsizliyi Təşkilatının (FRSC) sözçüsü Olusegun Ogungbemide verdiyi yazılı açıqlamada yanvarın 25-də Enugu əyalətinin Ugwu Onyeama bölgəsində yanacaq tankerinin partlaması nəticəsində həyatını itirənlərin sayının 18-ə yüksəldiyini bildirib.
Partlayış nəticəsində 13 nəfər yaralanıb, çoxlu evlər yanıb.

Nigeriya prezidenti Bola Əhməd Tinubu hadisədə həyatını itirənlərə başsağlığı verib və ölkədə təkrar neft tankerlərinin partlamasının qarşısını almaq üçün müvafiq qurumlardan tədbir görülməsini istəyib.

2009-cu ildən bəri Nigeriyada müxtəlif tanker qəzalarında 1900-dən çox insan həyatını itirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön