Ana Sayfa > Özəl > 200 şirkət daimi olaraq 4 günlük iş həftəsinə keçir
200 şirkət daimi olaraq 4 günlük iş həftəsinə keçir27-01-2025, 14:48. Yazar: sevinc1 |
Böyük Britaniyada 200 şirkət daimi dörd günlük iş həftəsi kampaniyasına qoşulub. İşçilərinin sayı 5 mini keçən bu şirkətlər həftənin dörd günü daimi işləmək prinsipini qəbul ediblər. Bildirilib ki, şirkətlərdə həftəlik iş saatı gəlir itkisi olmadan 32 saat olacaq. Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkətləri olduğu halda, onları 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkəti izlədi. Dördgünlük iş həftəsi prinsipində iştirak edən 200 şirkətdən 59-u Londonda yerləşən şirkətlər idi. aia.az Tərcümə şöbəsi Geri dön |