Ana Sayfa > İdman > "Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub
"Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub27-01-2025, 11:45. Yazar: sevinc1 |
![]() UEFA Avropa Liqası matçında Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub. aia.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O bildirib ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq. "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq. Qeyd edək ki, dekabrın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. aia.az Geri dön |