Ana Sayfa > Ölkə > Keçmiş məhkumdan avtomat götürüldü

Keçmiş məhkumdan avtomat götürüldü


27-01-2025, 11:27. Yazar: sevinc1
Keçmiş məhkumdan avtomat götürüldü

Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şamil Quliyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

aia.az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 9 ədəd patron, 1 ədəd patron darağı və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ş.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Geri dön