Ana Sayfa > Siyasət > Gənclər və idman komitəsinin iclası keçirilib
Gənclər və idman komitəsinin iclası keçirilibDünən, 14:27. Yazar: sevinc1 |
Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclası açan komitə sədri Şahin İsmayılov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Şahin İsmayılov diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə iki məsələ - komitənin 2024-cü ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi daxil edilib. Komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı məlumat verilərkən bildirilib ki, hesabat dövründə Gənclər və idman komitəsinin 6 iclası keçirilərək, 7 məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, ötən payız sessiyası dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərə baxılaraq, müvafiq tədbirlər görülüb. Komitə sədri komitə üzvlərinin ictimai dinləmələrdə və digər tədbirlərdə fəal iştirakından danışıb. Qeyd olunub ki, hesabat dövründə komitə üzvləri seçicilərlə, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərlə, yarışlarda uğur qazanmış idmançılarla görüşüblər, onların qayğıları ilə maraqlanıblar, sosial şəbəkələrdə, mediada günün aktual məsələləri ilə əlaqədar mövqelərini bildiriblər. Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı məlumat verilib ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclərin və idmanın aktual məsələləri ilə bağlı dinləmələrin, görüşlərin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub. Sonra komitə üzvləri Ramil Həsən, Asif Əsgərov, Mircəlil Qasımlı, Göydəniz Qəhrəmanov, Müşfiq Cəfərov, Mahir Süleymanlı çıxış ediblər, müzakirə olunan məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib. İclasda Gənclər və idman komitəsi sədrinin müavini Könül Nurullayeva, deputatlar Ülvi Quliyev, Eyvaz Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |