Ana Sayfa > Manşet / Ölkə / Özəl > Novruzəli Aslanov İsmayıllının Quşencə kəndində vətəndaşların növbəti qəbulunu keçirib

Novruzəli Aslanov İsmayıllının Quşencə kəndində vətəndaşların növbəti qəbulunu keçirib


Dünən, 13:53. Yazar: sevinc1
Novruzəli Aslanov İsmayıllının Quşencə kəndində vətəndaşların növbəti qəbulunu keçirib

Yanvar ayının 24-də Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı rayonunda növbəti dəfə vətəndaşları qəbul edib.

AiİA.Az xəbər verir ki görüş rayonun Quşencə kəndində baş tutub. Kənd sakinləri millət vəkilinə həm fərdi şəkildə, həm də ümumi məsələlərlə bağlı müraciət ediblər. Xüsusilə diqqət mərkəzinə çəkilən məsələ su təchizatı ilə bağlı olub. Qəbul zamanı Novruz Aslan vətəndaşlar tərəfindən qaldırılan məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Deputat Novruzəli Aslanovun yanvarın 24-də keçirdiyi qəbulda iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri onlara və ümumilikdə İsmayıllı rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.


















Geri dön