Ana Sayfa > Özəl > Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir


Bu gün, 11:12. Yazar: sevinc1
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Qaraməmmədli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalqın nümayəndələri kimi möhtəşəm uğurlara şahidlik edir və gələcəyə doğru inamla addımlayırıq. O, bütün sahələrdə aparılan islahatların müsbət nəticələr verdiyini və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib.

Seçki qərargahının üzvləri Pərviz Bayramov, Rövşən Qasımov və bələdiyyə üzvlüyünə namizədlər Fazil İbrahimov, Fədail Paşazadə, Fəridə Əliyeva, Seyyaf İbrahimov, Mətləb Həsənov və Ramin İsmayılov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, bu gün bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün ölkəmizdə lazımi hüquqi baza mövcuddur. Bu isə o deməkdir ki, respublikamızda bələdiyyələrin inkişafı xüsusi diqqət mərkəzindədir.

Seçicilər isə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, YAP-ın Qaraməmmədli bələdiyyəsi üzrə namizədləri məhəllə görüşləri də keçiriblər.
Geri dön