Ana Sayfa > Özəl > Əl-Şaraa: Suriyanın yeni hakimiyyət orqanları İsraillə döyüşmək fikrində deyil

Əl-Şaraa: Suriyanın yeni hakimiyyət orqanları İsraillə döyüşmək fikrində deyil


Dünən, 19:30. Yazar: sevinc1
Əl-Şaraa: Suriyanın yeni hakimiyyət orqanları İsraillə döyüşmək fikrində deyil

Suriyanın yeni hakimiyyət orqanları indi İsraillə döyüşmək fikrində deyillər, lakin onlar İsrail ordusunun respublika ərazisindən irəliləməsini qəbul etmirlər.
RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa bildirib.

"İndiki mərhələdə bizim prioritetimiz Suriyanın yenidən qurulmasıdır, biz İsraillə döyüşmək fikrində deyilik", - Əl-Şara deyib.Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumunu başa çatdıraraq Dəməşqi ələ keçirdilər. Hücumda ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu, həmçinin terror qruplaşmalarının yaraqlıları iştirak edib. Rusiya və İran Bəşər Əsədin hökumət qüvvələrini dəstəkləyib.
Dekabrın 8-də Suriya ordusunun komandanlığı Əsədin hakimiyyətinin “sona çatdığını” elan etdi. Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra TASS-ın Kremldəki mənbəsi bildirib ki, Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara “humanitar səbəblərə görə” sığınacaq verib.


aia.az
Tərcümə şöbəsi
Geri dön