Ana Sayfa > Ölkə > Hədəfimiz növbəti qələbədir

Hədəfimiz növbəti qələbədir


Dünən, 18:35. Yazar: sevinc1
Hədəfimiz növbəti qələbədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 23-də Qazax rayonunun Daş Salahlı bələdiyyəsi və Qazax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidarəetmə orqanlarına göstərilən dəstək barədə ətraflı məlumat verib. Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradıldığını bildirən rayon təşkilatını sədri xalqın etimadını layiqincə doğruldan, “Qələbələr Partiyası” adlanan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də mövcud reallıqlar və yeni çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb. A.Nəbiyev Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əldə olunan uğurlardan, qazanılan qələbələrdən və qarşıdakı hədəflərdən də ətraflı bəhs edərək, seçiciləri bələdiyyə seçkilərində yüksək fəallığa və ən layiqli namizədlərə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçki qərargahının üzvləri Bəsdi Ələkbərova, Ceyhunə Hüseynova, Polad Ağakişiyev, Pəri İbrahimova, Fərhad Qocamanov, Vaqif Nəsibov, Cavanşir Rüstəm, partiyanın namizədləri Kamil Eyubov, Vüsal İsmayılov və başqaları ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını, bələdiyyələr tərəfindən bir çox layihələrin həyata keçirildiyini, o cümlədən əhalinin məşğulluğunun təmin olunması və yaşayış məntəqələrində sosial məsələlərin həlli istiqamətində xeyli işlər görüldüyünü bildiriblər. Natiqlər əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması yönümündə qarşıda mühüm vəzifələrin olduğunu da xüsusi qeyd ediblər. Yeni Azərbaycan Partiyasının çıxış edən namizədləri soz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Görüşlər zamanı seçicilərdən Məhəmməd Omarov, Vüqar Eyyubov, Günel Sanıyeva, İradə Məmmədova və başqaları Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Geri dön