Ana Sayfa > Manşet / Siyasət > Deputat Naxçıvanda seçicilərlə növbəti görüş keçirib

Deputat Naxçıvanda seçicilərlə növbəti görüş keçirib


Dünən, 16:19. Yazar: sevinc1
Deputat Naxçıvanda  seçicilərlə növbəti görüş keçirib

Yanvarın 23-də Milli Məclisin deputatı Səttar Möhbalıyev Babək rayonunda seçiciləri qəbul edib.

aia.az xəbər verir ki, görüş Babək rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutub. Deputat əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Tədbirdə seçicilərin müraciətləri dinlənilib, onların problemlərinin həll yollarına dair müzakirələr aparılıb. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib. Həllini tapmayan məsələlər Səttar Möhbalıyev tərəfindən qeydə alınıb, onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Deputat Səttar Möhbalıyevin yanvarın 23-də Babək rayonunda keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, onlara və ümumilikdə Naxçıvanın inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.
Geri dön