Ana Sayfa > Özəl > Avropa diplomatiyasının rəhbəri Rusiyanın hücumu barədə danışıb

Avropa diplomatiyasının rəhbəri Rusiyanın hücumu barədə danışıb


Bu gün, 14:41. Yazar: sevinc1
Avropa diplomatiyasının rəhbəri Rusiyanın hücumu barədə danışıb

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas iddia edir ki, Rusiya 2028-ci ildə siyasi birlik ölkələrinə hücum edə bilər. Onun sözlərini N-TV kanalı sitat gətirir.“Bir çox milli kəşfiyyat xidmətlərimiz Rusiyanın 3-5 il ərzində Aİ-nin müdafiəyə hazırlığını sınaqdan keçirə biləcəyi barədə məlumatlar ötürür”, - Kallas bildirib.
Bu baxımdan o, Avropa İttifaqının təkcə müharibənin qarşısını almaq üçün deyil, həm də ona hazırlaşmaq üçün pul xərcləməli olduğunu vurğulayıb.“Avropanın hərbi imkanlara sərmayə qoymaması həm də təcavüzkara təhlükəli siqnal göndərir”, - Avropa diplomatiyasının rəhbəri bildirib.

Dekabrın 14-də NATO-nun baş katibi Mark Rutte Rusiyanı Şimali Atlantika Alyansına qarşı “açıq müharibə” aparmaqda ittiham edib. O, bu barədə Brüsseldə təhlükəsizlik ekspertləri qarşısında çıxışı zamanı bildirib.
NATO-nun baş katibi həmçinin qeyd edib ki, Avropa İttifaqı beynəlxalq siyasi hadisələrin inkişafına yanaşmasını dəyişməli və “hərbi düşüncə”yə keçməlidir.

aia.az
Tərcümə şöbəsi
Geri dön