Ana Sayfa > Özəl > Tixanovskaya Belarusu Rusiyanın “zəif nöqtəsi” adlandırıb
Tixanovskaya Belarusu Rusiyanın “zəif nöqtəsi” adlandırıbBu gün, 13:58. Yazar: sevinc1 |
Davos Forumunda çıxış edən Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Belarusu Rusiyaya təzyiq etmək üçün fürsət adlandırıb, çünki bu, onun “zəif yeri”dir. Onun sözlərinə görə, Belarusa təkcə problem kimi deyil, həm də Rusiya prezidenti Vladimir Putinə təsir vasitəsi kimi baxmaq lazımdır. “Bu, Putinin ən zəif nöqtəsidir. Əgər siz belaruslara ölkəni geri almağa kömək etsəniz, orada demokratiya bərqərar olunsa, bu, Putin üçün ən böyük sanksiyalar olacaq”. Daha əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ikinci Tixanovskaya olmaq istəmədiyini bildirib. aia.az Tərcümə şöbəsi Geri dön |