Ana Sayfa > Özəl > Günün ən kədərli görüntüsü: 76 nəfərin ölümü xizək sürməkdən həzz almağa mane olmadı
Günün ən kədərli görüntüsü: 76 nəfərin ölümü xizək sürməkdən həzz almağa mane olmadıBu gün, 12:31. Yazar: sevinc1 |
Bolu Kartalkaya xizək kurortunda 76 nəfərin həyatını itirdiyi, 51 nəfərin yaralandığı oteldə baş verən yanğında soyutma və axtarış işləri davam edərkən, bəzi tətilçilərin xizək sürdüyü görülüb. Həmin kadrlar sosial mediada reaksiyaya səbəb olub.Bolunun mühüm turizm mərkəzlərindən biri olan Kartalkayada yerləşən Grand Kartal otelində saat 03.30 radələrində yanğın baş verib. Qruplar 13 saat axtarış-soyutma işləri apararkən, bəzi tətilçilərin xizək sürdüyü görülüb. “Grand Kartal” otelinə aid cığırlarda ölüm sükutu hökm sürərkən, istirahət edənlərin xizək sürmə kefi digər cığırlarda da davam edib. Digər tərəfdən, oteldən tüstü hələ də yüksəlməkdə davam edir. Bir çox komanda soyutma səylərini dəstəkləyir. Axtarış-xilasetmə qrupları otel daxilində işlərini davam etdirir. aia.az Tərcümə şöbəsi Geri dön |