Ana Sayfa > Karusel / Ölkə > İntensiv yağış yağacaq
İntensiv yağış yağacaq22-01-2025, 11:43. Yazar: sevinc1 |
![]() Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. aia.az Geri dön |