Ana Sayfa > Karusel / İqtisadiyyat > Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladıBu gün, 10:23. Yazar: sevinc1 |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. aia.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub", - deyə AMB-dən bildirilib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq. aia.az Geri dön |