Ana Sayfa > Özəl > Von der Leyen Trampın andiçmə mərasimindən sonra Ukraynaya dəstək barədə danışıb
Von der Leyen Trampın andiçmə mərasimindən sonra Ukraynaya dəstək barədə danışıbDünən, 17:44. Yazar: sevinc1 |
Avropa İttifaqı ABŞ-ın mövqeyindən asılı olmayaraq Ukraynanı dəstəkləməyə davam edəcək. RİA Novosti xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.Onun sözlərinə görə, Avropa ölkələri “unutmamalıdır ki, bu, təkcə Ukraynanın deyil, həm də onların təhlükəsizliyinə aiddir. “Ukrayna ədalətli və davamlı sülh istəyir, müəyyən vaxtdan sonra yenidən yaranacaq dondurulmuş münaqişə istəmir. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - deyə fon der Leyen ABŞ prezidenti Donald Trampın dəstəyini azaltmaq qərarına gəldiyi təqdirdə Brüssel rəhbərliyinin Kiyevə kömək edib-etməyəcəyi sualına cavab verib. AK rəhbəri qeyd edib ki, Aİ ölkələri artıq “Ukraynaya təxminən 130 milyard avro sərmayə qoyublar və bunu heç bir sual olmadan davam etdirəcəklər”. aia.az Tərcümə şöbəsi Geri dön |