Ana Sayfa > Ölkə > “TikTok”da işə düzəltmə fırıldağı: 57 nəfəri aldadan keçmiş məhkum tutuldu

“TikTok”da işə düzəltmə fırıldağı: 57 nəfəri aldadan keçmiş məhkum tutuldu


Bu gün, 11:33. Yazar: sevinc1
“TikTok”da işə düzəltmə fırıldağı: 57 nəfəri aldadan keçmiş məhkum tutuldu

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.

aia.az xəbər verir ki, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.

Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

aia.az
Geri dön