Ana Sayfa > Özəl > Prezident İlham Əliyev: "Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar”.
Prezident İlham Əliyev: "Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar”.Bu gün, 12:35. Yazar: sevinc1 |
Gürcüstanın Baş nazirinin parlament seçkilərindən sonra ilk səfərini ölkəmizə etməsi Azərbaycan-Gürcüstan münasibətlərinin xüsusi xarakterindən və dərin mahiyyətindən xəbər verir Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən xarici siyasət uğurlarımıza xüsusi diqqət yönəldərək bu reallığı bir daha diqqətə çatdırdı ki, ənənəvi tərəfdaşlarla əməkdaşlığımız yüksələn xətlə inkişaf edir və bundan sonra da belə olacaq. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında stimulverici amildir. Ümumilikdə Azərbaycan qonşuluq münasibətlərinin inkişafına xüsusi diqqət göstərir. Azərbaycan-Gürcüstan dünyaya qonşuluq nümunəsini təqdim edir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri, səfər çərçivəsində Prezident İlham Əliyev ilə təkbətək və geniş tərkibdə görüşləri, səfərin mahiyyətini, qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən mətbuata birgə bəyanatlarında səslıəndirilən fikirlər ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. İki dost, qardaş ölkə olan Azərbaycan və Gürcüstan daim bir-birinin yanndadır. Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin sayında da artım diqqətdən kənarda qalmır. Bu günədək 100-dən artıq sənəd imzalanıb ki, bunlar da ayrı-ayrı sahələr üzrə münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. “Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar” bildirən cənab İlham Əliyev onu əlavə etdi ki, partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Baş nazir İrakli Kobaxidze ölkəsinin Azərbaycana dost, qardaş münasibətini bu fikirləri ilə ifadə etdi: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur… Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır. Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik.” Belə bir əminlik də ifadə edildi ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək. İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.” Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |