Ana Sayfa > Karusel / Gündəm > Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi


Bu gün, 11:26. Yazar: sevinc1
Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bununla bağlı aia.az-a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 22-nə kimi davam edəcək.

Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.0-5.0 m. sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır.

aia.az
Geri dön