Ana Sayfa > İdman > Nataşa Krsmanoviç türklərlə anlaşdı

Nataşa Krsmanoviç türklərlə anlaşdı


31-01-2017, 13:21. Yazar: Sevinc
Nataşa Krsmanoviç türklərlə anlaşdı





Azərbaycan voleybol klubu “Rabitə”nin sabiq oyunçusu Nataşa Krsmanoviç Türkiyə klubunda oynayacaq.

“AIA.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, serbiyalı idmançı Türkiyənin “Seramiksan” klubunun heyətinə qatılıb. “Seramiksan” İdman Klubunun prezidenti Bülent Ərkul Krsmanoviçin transferindən məmnun olduqlarını bildirib: “Uğurları göz oxşayan Natasa Krsmanoviçin təcrübələrinin komandamıza böyük töhfə verəcəyinə inanıram. Klubumuz adından “ailəmizə xoş gəldin” deyirik”
Geri dön