Ana Sayfa > Ölkə > Millət vəkili Azər Kərimli "online” rejimdə seçiciləri ilə növbəti görüş keçirib
Millət vəkili Azər Kərimli "online” rejimdə seçiciləri ilə növbəti görüş keçiribDünən, 15:44. Yazar: sevinc1 |
Milli Məclisin deputatı Azər Kərimli öz seçiciləri ilə müntəzəm keçirdiyi görüşlərin gedişində vətəndaşların qayğıları ilə maraqlanır, mövcud problemlərin həlli istiqamətində məqsədyönlü addımlar atır. aia.az xəbər verir ki, millət vəkilinin 111 saylı Zaqatala- Balakən Seçki dairəsini təmsil edən sakinlərlə növbəti görüşü “online” rejimdə baş tutmuşdur. Məlumatda deyilir ki, Yanvarın 17-də Balakən rayonunun Katex kəndindən olan seçicilərin “online” qəbulunu həyata keçirən Azər Kərimli vətəndaşları dinləmiş, onların problemləri və qayğıları ilə maraqlanmış, mövcud məsələləri müvafiq qaydada həll edilməsi üçün qeydə almışdır. Azər Kərimli seçicilərini əmin etmişdir ki, müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində müvafiq addımlar atılacaq. Geri dön |