Ana Sayfa > Ölkə > Davamlı uğurların ünvanı Yeni Azərbaycan Partiyasıdır!

Davamlı uğurların ünvanı Yeni Azərbaycan Partiyasıdır!


Dünən, 13:36. Yazar: sevinc1
Davamlı uğurların ünvanı  Yeni Azərbaycan Partiyasıdır!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu, Həzrə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Azərbaycanda yerli özünüidarəetmənin inkişafının diqqət mərkəzində olduğunu bildirib. O, YAP-ın seçki proqramında bu sahə ilə əlaqədar əsas hədəfləri diqqətə çatdıraraq “ Yeni Azərbaycan Partiyasının növbəti dəfə qələbə qazanacağına və bütün hədəfləri gerçəkləşdiriləcəyinə inam sonsuzdur”, - deyə vurğulayıb.

Təşkilat sədri YAP-ın seçki platforması barədə ətraflı məlumat verib, yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıb

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Şair Babayev,İftixar Məmmədbəyov,Sərxan Zoyarov göstərilən etimadı doğrultmağa çalışacaqlarını söyləyiblər.

Seçicilərdən İnam Əhmədov və digərləri çıxış edərək səsvermə günü partiyanın namizədlərinə səs verəcəklərini bidiriblər.
Geri dön