Ana Sayfa > Siyasət > Yüksək sosial rifah naminə

Yüksək sosial rifah naminə


Bu gün, 09:48. Yazar: sevinc1
Yüksək sosial rifah naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 16-da Qazax rayonunun Çaylı, Alpout və Qazax bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin müvafiq olaraq Dəmirçilər, Alpout kəndlərində və Qazax şəhərində seçicilərlə görüşü keçirildi.
Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Qazax rayonu üzrə Seçki Qərargahının üzvləri Paşa Hadıyev, Polad Ağakişiyev, Fərhad Qocamanov, Ceyhunə Hüseynova, Vaqif Nəsibov, Pəri İbrahimova, Müqabil Məmmədov, Gülnaz Alişanova, şair Cavanşir Rüstəm ölkəmizdə mövcud reallıqlar fonunda yaranmış sabitlik, sakitlik, təhlükəsizlik, əmin-amanlıq barədə ətraflı məlumat verdilər. Natiqlər Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində ölkəmizin günbəgün öz hədəflərinə nail olmasından, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də böyük qələbə əzmi ilə qatıldığından geniş danışıblar və seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində yüksək fəallıq göstərməyə səsləyiblər
Partiyanın namizədlərin Afiq Rüstəmov, Zaur Nəsibov,Vüsal İsmayılov, Aynurə Abbasova və digərləri ötən müddət ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihələrin həyata keçirildiyini, əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə böyük önəm verildiyini vurğulayıblar. Namizədlər əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması yönümündə qarşıda mühüm vəzifələrin dayandığını da diqqətə çatdırıblar.
Yeni Azərbaycan Partiyasının çıxış edən namizədləri soz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.
Görüşlər zamanı seçicilərdən, Nadir Məmmədov, Kamal Nəbiyev, Tərxan Əhmədov, Yusif Vəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Geri dön