Ana Sayfa > Özəl > Britaniya Ukraynada sülhməramlı missiyaya rəhbərlik etmək qərarına gəlib

Britaniya Ukraynada sülhməramlı missiyaya rəhbərlik etmək qərarına gəlib


Dünən, 22:46. Yazar: sevinc1
Britaniya Ukraynada sülhməramlı missiyaya rəhbərlik etmək qərarına gəlib


Britaniya münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələr göndərmək üçün Fransa ilə təklif olunan birgə missiyaya rəhbərlik etmək qərarına gəlib. Bu barədə Britaniya ordusundakı yüksək rütbəli mənbəyə istinadən “Teleqraf” qəzeti məlumat yayıb.“Britaniya qoşunları Ukraynada sülhməramlı missiyaya rəhbərlik edə bilər və edəcək”, - deyə məlumatda bildirilir.

Nəşrin mənbəsinin qeyd etdiyi kimi, Britaniya missiyanın gerçəkləşəcəyi təqdirdə ona rəhbərlik etmək üçün kifayət qədər güclü mövqedədir. Bununla belə, qüvvələrin bu cür yerləşdirilməsi nəzərdən keçirilsə də, hələlik “dərin hərbi planlaşdırma” həyata keçirilməyib.Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron gizli şəkildə Ukraynaya qoşun yeritməyi müzakirə edirlər. Danışıqların təfərrüatlarının London və Paris rəsmiləri tərəfindən hələlik açıqlanmadığı aydınlaşdırılır.

aia.az
Tərcümə şöbəsi
Geri dön