Ana Sayfa > Özəl > NATO Baltik dənizindəki vəziyyəti izləyəcəyini vəd edib
NATO Baltik dənizindəki vəziyyəti izləyəcəyini vəd edibDünən, 22:29. Yazar: sevinc1 |
NATO Baltik Sentinel əməliyyatı çərçivəsində Baltik dənizindəki vəziyyəti gecə-gündüz izləməyi planlaşdırır. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO Birgə Qüvvələrinin Transformasiyası üzrə Ali Baş Komandanı, admiral Pyer Vandier deyib.“ABŞ-ın Fars körfəzində istifadə etdiyi yerüstü dronlardan istifadə olunacaq. Beləliklə, ABŞ təcrübəsi NATO çərçivəsində tətbiq olunacaq”. O qeyd edib ki, avadanlıqlar bir neçə həftə ərzində gətiriləcək. Bundan əlavə, Baltik dənizindəki NATO ölkələri öz pilotsuz təyyarələrini patrul xidməti üçün təmin edəcək və alınan bütün məlumatlar vahid şəbəkəyə ötürüləcək. Bundan əvvəl Almaniya və Hollandiya olmaqla iki NATO gəmisi davam edən Baltik Sentinel əməliyyatı çərçivəsində Finlandiya körfəzinə daxil olub. Daha sonra aydınlaşdırılır ki, bu manevrlərin məqsədi “kritik sualtı infrastrukturun zədələnməsinin qarşısını almaqdır”. aia.az Tərcümə şöbəsi Geri dön |