Ana Sayfa > Özəl > Krasnoyarsk diyarındakı sanatoriyada dincələn 32 nəfər zəhərlənib
Krasnoyarsk diyarındakı sanatoriyada dincələn 32 nəfər zəhərlənibDünən, 20:47. Yazar: sevinc1 |
Krasnoyarsk diyarının cənubundakı Taqarskoye gölündəki sanatoriyada 30-dan çox insan zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib. Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən TASS-a verilən məlumata görə, beş nəfər xəstəxanaya yerləşdirilib. “Krasnoyarsk diyarının Minusinsk vilayətindəki Taqarskoye gölü yaxınlığındakı “Sosnovıy Bor” sanatoriyasının 32 istirahətçisi qidadan zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib, 5-i xəstəxanaya yerləşdirilib”, - deyə prokurorluq məlumat yayıb. aia.az tərcümə şöbəsi Geri dön |