Ana Sayfa > Özəl > Putin və Orban arasında yeni görüşə icazə verilib

Putin və Orban arasında yeni görüşə icazə verilib


Dünən, 19:34. Yazar: sevinc1
Putin və Orban arasında yeni görüşə icazə verilib

Macarıstan hökuməti baş nazir Viktor Orban və Rusiya prezidenti Vladimir Putin arasında yeni görüşün mümkünlüyünü etiraf edib. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas bildirib.
Eyni zamanda o, hələlik konkret razılaşmaların və ya müəyyən tarixlərin olmadığını göstərib. Quyas onu da qeyd edib ki, bir sıra avropalı siyasətçilərin Budapeştlə Moskva arasında sıx əlaqələrə dair açıqlamaları yalandır. Kanslerin rəhbəri vurğulayıb ki, Macarıstan öz milli maraqlarına əsaslanan xarici siyasət yürüdür.“ABŞ-ın yeni administrasiyası [seçilmiş prezident Donald] Tramp və Putin arasında görüş təşkil edir, lakin mən amerikalıları Moskvaya yaxınlaşmaqda günahlandırmazdım. Almaniya kansleri [Olaf Şolz] bu yaxınlarda prezident Putinlə uzun telefon danışığı apardı, lakin bu, onu Rusiyanın müttəfiqi etmədi”, o qeyd edib.Daha əvvəl Orban bildirib ki, Macarıstan Rusiya prezidenti Vladimir Putini vicdanlı tərəfdaş hesab edir və Moskva ilə əlaqələri daha da inkişaf etdirmək istəyir. O qeyd edib ki, bütün dövlətlərlə münasibətlərdə tarazlığı saxlamaq “çətin məsələ ola bilər”.

aia.az
Tərcümə şöbəsi
Geri dön