Ana Sayfa > Ölkə > Qazaxda təşviqat kampaniyası uğurla davam edir
Qazaxda təşviqat kampaniyası uğurla davam edirBu gün, 10:13. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 15-də Qazax rayonunun Alpout bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin mənfur qonşularla sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində seçicilərlə görüşü keçirildi. Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə, beynəlxalq aləmdə cərəyan edən hadisələrdən, mövcud durumdan ətraflı məlumat verib. Rayon təşkilatının sədri qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı görülən işlərdən, təşviqat kampaniyasının uğurla davam etməsindən, Yeni Azərbaycan Partiyasının Seçki Proqramından geniş danışaraq, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də böyük qələbə əzmi ilə qatıldığını vurğulayıb və seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində yüksək fəallıq göstərməyə səsləyib. Görüşlərdə Seçki Qərargahının üzvləri Elxan Abdullayev, Qədir Əfəndiyev, Polad Ağakişiyev, şair Cavanşir Rüstəm çıxış edərək ötən müddət ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihələrin həyata keçirildiyini, əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə böyük önəm verildiyini vurğulayıblar və seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar. Partiyanın namizədləri İlqar Hüseynov, Cabir Abdullayev və digərləri çıxış edərək söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar. Görüşlər zamanı seçicilərdən Sahibə Ağamalıyeva, Afiq Süleymanov, Vəfadar Həsənov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar. Geri dön |