Ana Sayfa > Özəl > Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı

Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı


Dünən, 21:20. Yazar: sevinc1
Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı

1990-cı ilin 20 Yanvar günü Azərbaycan xalqının tarixi yaddaşında faciəvi amma şanlı bir tarix kimi qalmışdır. Həmin gecə Sovet ordusunun Bakıya daxil olaraq silahsız insanlara qarşı törətdiyi qətliam, Azərbaycan xalqının azadlıq səsinə qarşı yönəlmiş qəddar bir təzyiq idi. Ancaq bu təzyiq xalqımızın azadlıq arzusu və milli birliyi qarşısında dayanmağa aciz qaldı. Faciənin baş verdiyi dövrdə SSRİ hakimiyyət orqanları Azərbaycan xalqına qarşı siyasi-hüquqi qərəz nümayiş etdirərək, hadisələri təhrif edən məlumatlar yayırdılar. Beynəlxalq təşkilatlar və SSRİ Ali Soveti isə bu faciəyə biganə yanaşaraq, ona siyasi-hüquqi qiymət verməkdən imtina edirdilər. Belə bir çətin zamanda xalqın haqq səsini dünyaya çatdırmaq və həqiqətləri müdafiə etmək üçün cəsarətli bir liderə ehtiyac var idi. Ümummilli lider Heydər Əliyev 21 yanvar 1990-cı ildə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ hakimiyyətini açıq şəkildə ittiham etdi. O, bu qanlı hadisəni insanlığa qarşı cinayət adlandıraraq, xalqın iradəsinin zorla sındırılmasının yolverilməz olduğunu bəyan etdi.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra verildi. Heydər Əliyevin təkidi ilə 1994-cü ilin martında Milli Məclisdə faciə ilə bağlı müzakirələr aparıldı və hadisəyə düzgün siyasi-hüquqi qiymət verildi. Bu müzakirələrin sayəsində faciənin təşkilatçıları və icraçıları ifşa edildi, xalqa həqiqətlər düzgün şəkildə çatdırıldı. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və xalqımıza qarşı törədilmiş bu amansız faciənin tarixdən silinməməsi üçün 20 Yanvar günü faciə günü elan edildi. Bunların hamısı Heydər Əliyevin yürütdüyü düzgün siyasətin nəticəsi idi. Heydər Əliyevin bu məsələdə göstərdiyi prinsipiallıq və liderlik, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük əks-səda doğurdu. Bu addımlar, xalqımızın öz haqq səsini boğmağa çalışan rejimə qarşı tarixi qələbəsi idi. Bu gün 20 Yanvar faciəsi yalnız xalqımızın yaşadığı acıları deyil, eyni zamanda azadlıq uğrunda apardığı mübarizəni bizə xatırladır. Heydər Əliyevin bu istiqamətdəki xidmətləri, onun xalqına olan dərin sevgisinin və həqiqət müdafiəçisi olduğunun ən gözəl nümunəsidir.

Şamama Əmirova
YAP Laçın rayon təşkilatının 35 saylı ƏPT-nin sədri
Laçın rayon 10 №-li tam orta məktəbin direktoru
Geri dön