Ana Sayfa > Özəl > Pentaqon rəhbərinin gizli xəstəxanaya yerləşdirilməsinin təfərrüatları məlum olub
Pentaqon rəhbərinin gizli xəstəxanaya yerləşdirilməsinin təfərrüatları məlum olubDünən, 21:03. Yazar: sevinc1 |
ABŞ-ın müdafiə naziri Lloyd Ostin 2024-cü ildə gizli xəstəxanaya yerləşdirilərkən koqnitiv funksiyaya təsir edən dərmanlar qəbul edib. Bu barədə Pentaqon məlumat yayıb. Pentaqonun müstəqil müfəttişi yazır: "Yanvarın 2-də səhər saatlarında katib Ostin idrak funksiyasına təsir göstərə biləcək bir neçə fərqli dərman qəbul etdi". Eyni zamanda, Pentaqon rəhbərinin səlahiyyətləri yalnız saat 14:22-də Ostinin müavini Ketlin Hiksə verilib. Əvvəllər Pentaqon departament rəhbərinin səlahiyyətlərini ötürməzdən əvvəl onun qərar qəbul etməsinə təsir edə biləcək hər hansı dərman qəbul etdiyini inkar edirdi. Mətbuat katibi general-mayor Patrik Rayder yanvarın 9-da israrla bildirib ki, “onun qərar qəbul etməsinə təsir edəcək heç bir əlamət yoxdur”. 2024-cü il yanvarın əvvəlində, xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Pentaqon Ostinin xəstəxanada qalmasını elan etdi. ABŞ prezidenti Co Baydenin administrasiyası və Ostinin əleyhdarları ABŞ Müdafiə Nazirliyinin rəhbərinin ciddi xərçəng xəstəliyinə tutulması barədə gec açıqlamadan hiddətlənib. Fevralın 1-də Pentaqonun rəhbəri həmkarlarından və ictimaiyyətdən üzr istəyib və öz hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. aia.az Tərcümə şöbəsi Geri dön |