Ana Sayfa > Manşet / Gündəm > Hüseynbala Mirələmovun səhhəti pisləşdi -
Hüseynbala Mirələmovun səhhəti pisləşdi -Bu gün, 11:05. Yazar: sevinc1 |
Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır. aia.az xəbər verir ki, bu barədə Modern.az-a onun özü bildirib. "Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur", - deyə sabiq deputat əlavə edib. Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib. O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub. aia.az Geri dön |