Ana Sayfa > Manşet / Aia TV > Azərbaycanda hava kəskin pisləşəcək - Xəbərdarlıq

Azərbaycanda hava kəskin pisləşəcək - Xəbərdarlıq


30-01-2017, 20:30. Yazar: Sevinc
Azərbaycanda hava kəskin pisləşəcək - Xəbərdarlıq








Azərbaycanda hava şəraiti yenidən pisləşəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 31-dən fevralın 02-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 02-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.
Geri dön