Ana Sayfa > Ölkə > Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni bir layihəyə start verib
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni bir layihəyə start veribDünən, 20:05. Yazar: sevinc1 |
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında ilk Həmkarlar İttifaqı Komitələri ilə görüş keçirilib. 200-ə yaxın həmkarlar üzvülərinin qatıldığı tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. aia.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası növbəti yeni bir layihəyə start verib. Şuranın İttifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni, qalan 85 faizini isə Həmkarlar İttifaqları Şurası ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirəcəklər. Həmçinin gündə 3 dəfə qidalanma, Kanat xəttindən istifadə və digər maraqlı və əyləncəli oyunlardan yararlanacaqlar. Şura sədri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası bu cür layihələri reallaşdırmaqda əsas məqsədi ittifaq üzvlərini öz ətrafında toplamaq, həftəsonları onların asudə vaxtlarını səmərəli və mənalı təşkil etməkdən ibarətdir. Sonra digər çıxışlar dinlənilib. Çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası özünün yorulmaz fəaliyyəti, təşkilatçılığı və işgüzarlığı sayəsində muxtar respublikanın ən aparıcı və nüfuzlu təşkilatlarından birinə çevrilib. Yekunda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev tədbirdə iştirak edən respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı, ilk Həmkarlar İttifaqı Komitələrinə tapşırıq və tövsiyələrini verib. Sonda tədbir iştirakçılarına broşürlər təqdim edilib. Geri dön |